Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə Azərbaycan Ordusunun şəhid leytenantı dəfn olunub

14 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan zabit Erkin Hüseynov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Press.az report.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Hüseynov Erkin Ədalət oğlu ilə ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları, İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

Mərasimdən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Oxşar xəbərlər
OTACI