Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlikdən kanalizasiya sularının dənizə axıdılması ilə bağlı AÇIQLAMA - VİDEO

19 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxtda kanalizasiya sularının dənizə axıdılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Press.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində tullantı sularının dənizə axıdılması ilə bağlı quruma daxil olan şikayət araşdırılıb:

“Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidə formalaşan çirkab suların yağış sularının idarə olunması üçün nəzərdə tutulan boru vasitəsilə dənizə axıdıldığı müəyyən olunub.

Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb. Analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək”.

Oxşar xəbərlər
OTACI