Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan güləşçisi dünya çempionu olub

16 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

Press.az xəbər verir ki, 70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub.

Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb. 79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevə 10:18 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.

20:03

Azərbaycan sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

Press.az xəbər verir ki, 65 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib özbəkistanlı Umidcan Cəlalov olub. İkinci hissədə Bayramov 1:5 hesabı ilə geridə ikən çiynindən zədələnib. Nəticədə o, gümüş medala qazanıb.

Bu gün 70 kq çəkidəki Kənan Heybətov da finalda güləşəcək. Onun rəqibi ABŞ təmsilçisi Miçel Mesenbrink olacaq.

79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayev olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI