Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İslamiada: Azərbaycanın iki kikboksçusu finala çıxıb, dördü medal qazanıb

16 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan kikboksçuları uğurla başlayıb.

Azərbaycan Kikboksinq Federasiyasından Press.az-a verilən məlumata görə, Azərbaycanın 2 kikboksçusu - Rəhim Əliyev (low kick, 71 kq) və Bəhram Rəcəbzadə (low kick, +91 kq) finala çıxıb. Final görüşləri sabah keçiriləcək.

Həmçinin Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Arzuman Qədimov (low kick, 63,5 kq) və Aysu Devrişova (56 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, İslamiadada kikboksinq yarışları son günədək - avqustun 18-dək davam edəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI