Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Press.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” ilə “Nissan” markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.