First slide

Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verdi

16 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib.

Press.az APA-ya  istinadən xəbər verir ki, bu gün saat 16 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinin yaxınlığından keçən hissəsinin dağətyi ərazisinin 1 saylı dolayında qoz bağında yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Category news

tr_star

02 Oct 2022

OTACI