Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyanın qazı məhdudlaşdırması səbəbindən Avropa ölkələri bu yola ƏL ATDI

15 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın təbii qaz nəqlini azaltması ilə Avropada qışda evlərdə istilik problemlərini həll etmək üçün tədbirlər artırılıb.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, iqlim böhranı ilə mübarizə üçün kömür stansiyalarından qurtulmağı hədəfləyən Avropa bağlanan kömür stansiyalarını yenidən açmağa başlayıb.

Eyni zamanda, enerji böhranı ilə mübarizə aparmaq üçün vətəndaşlarına “soyuq su istifadə edin”, “mikrodalğalı soba ilə yeməyi qızdırın”, “kondisioner işləyən zaman qapıları bağlayın” kimi qənaət təklifləri verir. 

Almaniya, Hollandiya, Belçika, İsveç, Slovakiya, Estoniya və Baltikyanı ölkələrdə insanlar qışa hazırlıq üçün odun yığmağa başlayıblar. Araşdırmalara görə, bu ölkələrdə ağac tacirləri artan tələbatla artıq ayaqlaşa bilmir, ağac qiymətləri isə artmaqda davam edir. Estoniyada odunun qiyməti 240 faiz artıb.

Bundan sonra avropa ölkələrində reklam bilbordları işıqlandırılmayacaq.

Kömür elektrik stansiyaları yenidən işə düşəcək.

İctimai binalar aşağı səviyyədə qızdırılacaq.

Davamlı istifadə olunmayan yer qızdırılmayacaq.

Qış üçün şam və taxta ehtiyatı hazırlanacaq.

İctimai binalarda və mağazalarda işıqlar söndürüləcək.

Zərurət olmadıqca isti su əvəzinə soyuq su istifadə ediləcək.

Yeməkləri qızdırmaq üçün mikrodalğalı soba istifadə olunacaq.

Oxşar xəbərlər
OTACI