First slide

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

15 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Press.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan yığmasının üzvü Banuçiçək Nəsirli 1/4 final mərhələsində italiyalı Liparulo Anna de Donato ilə qarşılaşıb.

44 kq çəki dərəcəsində mübarizə aparan boksçu ikinci raundda tam üstünlüklə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Nəsirli növbəti döyüşündə ingiltərəli Kalsi Cayla üz-üzə gələcək. Qarşılaşma avqustun 18-də olacaq.

Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.

Oxşar xəbərlər
OTACI