Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İslamiada: Azərbaycan şpaqaçısı yarımfinala yüksəlib

15 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında yarımfinala yüksəlib.

Press.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə bitirən idmançı pley-offda türkiyəli Ege Say Aliyə 15:8 hesabı ilə qalib gəlib.

Həsənov 1/8 finalda Səudiyyə Ərəbistanını təmsil edən Cavad Əldavudu 15:8, ardınca isə iordaniyalı İyad Odehi 15:11 hesabı ilə üstələyib.

Şpaqaçı finala gedən yolda Özbəkistan idmançısı Fayzulla Alimovla qarşılaşacaq. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən Barat Quliyev pley-offda, Kənan Əliyev isə 1/8 finalda uduzub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI