Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə koronavirusa yoluxma KƏSKİN ARTDI

15 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyada bir həftə ərzində koronavirusa yoluxanların sayı 49,2%, xəstəxanaya yerləşdirilmə nisbəti isə 29,8% artıb.

Press.az xəbər verir ki, bu barədə ölkənin koronavirusun yayılması ilə mübarizə üzrə operativ qərargahından məlumat verilib:

“Son bir həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 119,7 olub və əvvəlki həftə ilə müqayisədə 49,2% artıb”.

COVID-19-a yoluxma Rusiyanın 84 subyektində müşahidə olunur, 18 regionda ölkə üzrə orta göstəricidən çox artım var.

Hər 100 min əhaliyə stasionar müalicə səviyyəsi 11,3 olub və əvvəlki həftə ilə müqayisədə 29,8% artıb. Xəstəxanaya yerləşdirilmələrin sayında artım 74 regionda qeydə alınıb, 27-sində göstəricilər Rusiya üzrə orta göstəricidən çoxdur.

Ümumilikdə sutka ərzində 25 273 yeni xəstəliyə yoluxma halı aşkarlanıb, 53 nəfər ölüb.

Oxşar xəbərlər
OTACI