Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“8 yaşlı qızımı 13-cü mərtəbədən atası atıb” iddiası ilə bağlı - AÇIQLAMA

15 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Prokurorluq vətəndaş Dilarə Bağıyevanın azyaşlı qızının ölümü ilə bağlı iddialarına dair açıqlama yayıb.

Press.az “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Dilarə Bağıyevanın azyaşlı qızı Fərəh Nadirovanın ölüm faktı ilə əlaqədar qeyri-obyektiv araşdırma aparıldığı, qızının yaşadıqları binanın 13-cü mərtəbəsindən atası tərəfindən yerə atılaraq qəsdən öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlər yayımlanıb:

“Bildiririk ki, Dilarə Bağıyevanın ifadə və şikayətlərində, eləcə də sosial şəbəkələrdəki çıxışlarında qeyd etdiyi xüsusatlar üzrə mövcud cinayət işi çərçivəsində Nizami Rayon Prokurorluğunda müvafiq istintaq hərəkətləri yerinə yetirilib. İstintaqla Vahid Nadirovun arvadı Dilarə Bağıyevaya qarşı zorakı hərəkətlər törətməsi sübuta yetirildiyindən o, Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin hökmünə əsasən, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Baş Prokurorluq tərəfindən rəsmi olaraq bəyan edilir ki, istintaqın hazırki mərhələsində Dilarə Bağıyevanın göstərdiyi xüsusatlar üzrə Vahid Nadirova əlavə ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməyib”.

Prokurorluğun açıqlamasında qeyd edilib ki, hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. Nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 27-si paytaxtın Nizami rayonunda 2012-ci il təvəllüdlü qızın yaşadıqları evin pəncərəsindən özünü ataraq intihar etməsi faktı üzrə Nizami Rayon Prokurorluğunda araşdırma aparılaraq 15 aprel 2021-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Oxşar xəbərlər
OTACI