Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Küveyt 6 il sonra İrana yeni səfir təyin edib

15 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Küveyt 6 il sonra İrana yeni səfir təyin edib.

İran mediası bildirib ki, Küveyt hökumətinin yeni səfiri Bədr Abdulla əl-Manix şənbə günü etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiana təqdim edib.

Küveytin Xarici İşlər Nazirliyi də əl-Manixin ölkənin Tehrandakı səfirliyinə təyin olunduğunu təsdiqləyib.

Qeyd edək ki, 2015-ci ildə İranın Ali Liderinin tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdikdən sonra Ər-Riyad Tehranla münasibətləri kəsdi.
Bir il sonra Küveyt Fars körfəzinin digər ərəb ölkələri ilə birlikdə Səudiyyə Ərəbistanına həmrəylik əlaməti olaraq Tehrandakl səfirliklərini geri çağırdı.//apa

Oxşar xəbərlər
OTACI