Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Neftçi” “Kəpəz”i 5 qola qonaq etdi

14 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Press.az xəbər verir ki, turun sonuncu oyununda “Neftçi” “Kəpəz”i qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma paytaxt təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardıcıl ikinci qələbəsini qazanan “Neftçi” xallarının sayını 6-ya çatdırıb. Hər iki matçda uduzan “Kəpəz” isə xalsız qalıb.

Qeyd edək ki, günün digər görüşündə “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə üstələyib.

Turun əvvəlki oyunlarında “Sabah” səfərdə “Zirə”ni 3:1, “Qarabağ” “Sumqayıt”ı 2:0, “Turan Tovuz” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI