Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ağır qəza: 1 ölü, 4 yaralı

14 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şabranda avtomobil qəzası baş verib.

Press.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Çuxurəzəmi kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib. Eyni zamanda Şabran rayon sakinləri - 1958-ci il təvəllüdlü Gülmirzə Əlifşalı oğlu İbrahimov, 1959-cu il təvəllüdlü Gülümnaz Əlisahib qızı İbrahimova, 1986-cı il təvəllüdlü Xuraman Heydər qızı İbrahimova və Sumqayit şəhər sakini 1957-ci il təvəllüdlü Məhəmməd Əmirulla oğlu Türbətov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI