Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AFFA Müşahidə Şurası ideyasından imtina etdi

14 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Misli brendi Premyer Liqamıza sponsor olduqdan sonra bütün klublarda Müşahidə Şurasının yaradılması məsələsi gündəmə gəlib.

Press.az xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, ilk gündən AFFA tərəfindən klublarda Müşahidə Şurası yaradılması fikri irəli sürülüb. Bu, sponsor şirkət tərəfindən hər bir kluba 3 milyon manatın veriləcəyi ilə bağlı olub. 

Lakin ideya heç də bütün klublar tərəfindən dəstək qazanmayıb. Məsələn, “Qarabağ” Müşahidə Şurasının yaradılmasının və AFFA-nın nümayəndəsinin klubda təmsil olunmasının əleyhinə çıxıb.

Saytımıza daxil olan xəbərə görə, 2 gün əvvəl AFFA rəsmiləri ilə klub nümayəndələri arasında görüş keçirilib. Yekunda bütün klublarda müşahidə şurası yaradılması ideyasından imtina olunub.

Hazırda sponsor şirkət tərəfindən klublara ayrılacaq 3 milyon manata nəzərətlə əlaqədar digər hüquqi mexanizmlər barədə düşünülür.

Oxşar xəbərlər
OTACI