Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə tibb bacısı xəstə yaxınları tərəfindən liftdə döyüldü – FOTO

13 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə şəhərində xəstə yaxınları xəstə baxıcısını (kiçik tibb bacısı) döyərək ona xəsarət yetiriblər.

Press.az Report-a istinadla xəbər verir ki, hadisə Gəncə Şəhər Abbas Səhhət adına 1 Saylı xəstəxanada qeydə alınıb.

Sözü gedən xəstəxanada xəstə baxıcısı kimi çalışan 1991-ci il təvəllüdlü Tamara Əliyeva xəstə yaxınları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Belə ki, xəstəxanada müalicə alan xəstələrin birinin vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman xəstə yaxınları həmin şöbəyə daxil olmağa çalışıblar. Lakin xəstəxana çalışanları onlara kənar şəxslərin reanimasiya şöbəsinə daxil olmağa icazə verilmədiyini və oranı tərk etmələrini deyiblər.

Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, buna baxmayaraq həmin şəxslər şöbədən çıxmaq istəməyib, orada gözləyəcəklərini deyib.

Bunu görən, T.Əliyeva mühafizəni çağırmaq üçün liftə daxil olub. Həmin vaxt xəstə yaxınları olan iki qadın və bir kişi onunla birgə liftə daxil olublar və liftdə onu döyərək xəsarətlər yetiriblər.

Hazırda müxtəlif bədən xəsarətləri alan T.Əliyeva çalışdığı xəstəxanada müalicə alır.

Məsələ ilə bağlı polisə şikayət olunub və Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI