Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

13 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Press.az Report-a istinadla xəbər verir ki, Seyran Saroyan 90-cı illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin alayın, briqadanın, 2-ci ordu korpusunun, sonra isə 4-cü korpusun komandiri olub.

Qeyd edək ki, erməni generalı Seyran Saroyan Qarabağda müharibə zamanı azərbaycanlı hərbi əsirlərə və dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib.

"Xocalı qatili” kimi tanınan general Seyran Saroyanın səhətti pisləşdiyindən Belarusa aparılmışdı. Onun artıq yeriyə bilmədiyi və ayaqlarının tutulduğu deyilirdi.

Oxşar xəbərlər
OTACI