Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Murad Musayev: "Qarşıda çox iş var"

12 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə"yə qalib gəldikləri matçdan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Döyüşkən oyun alındı. Komanda qətiyyətlilik göstərdi. Hər iki komanda yaxşı hücumlar qurdu. Futbolçularımın oyuna yanaşmasından razıyam. Çətin dəqiqələrdə intizamı itirmədik. Bunun sayəsində qələbəni əldə etdik.

- Qələbədə həlledici amil nə oldu?

- Biz bir komanda kimi oynadıq və meydanda intizamlı idik. 

- Meydanda ən yaxşılardan biri Yusif İmanov idi. Amma o, meydanın mərkəzinə qədər gəlir. Ona bu barədə siz tapşırıq vermişdiniz?

- Biz müdafiə xəttini irəlidə qururuq. Qapıçının bizi sığorta etməsi önəmlidir. O, bunun üçün öndə olmalıdır.  

- Ötən mövsümlə müqayisədə daha güclüsünüz?

- Şadam ki, komandaya gələnlər bizə fayda verə bilir. Ancaq mövsüm sonunda nəsə demək olar. İndi iki yaxşı oyun oynamışıq. Amma daha 34 oyun oynamalıyıq.

- Yenə transfer edəcəksiniz?

- Biz bir futbolçu ilə müqavilə imzalamaq istəyirdik. Amma namizədlərlə anlaşa bilmirik.

- İstədiyiniz komandanı formalaşdıra bilmisiniz?

- Biz bu yolda irəliləyirik. Qarşıda çox iş var. Çünki hər fazada daha güclü olmalıyıq. İnanıram ki, daha yaxşı olacağıq. İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndir. "Zirə"nin iki əsas futbolçusu oynamırdı. Uzunmüddətli qiymət vermək üçün tezdir. Vaxt çoxdur. "Transfer pəncərəsi" də bağlanmayıb. Yəqin ki, bütün komandalar güclənməyə çalışacaq.

- Bu mövsüm sizin məqsədiniz nədir? Çempionluq mübarizəsi apara bilərsiniz?

- Bizim hədəfimiz irəliyə addım atıb, avrokuboklara düşmək və medallar uğrunda oynamaqdır. Hər oyun daha yaxşı nəticə qazanmaq istəyirik.

- Gənc qapıçı ilə iddialı yerlər üçün oynamaq təhlükəli deyil?

- Hər bir qapıçı səhv edə bilər. Dünən özünüz gördünüz ki, "Neftçi"nin qapıçısı əla seyvlər etdi, amma bir epizodda səhvə yol verdi. Yüz dəfə eyni zərbə gəlsə, buraxmazdı. Qapı elədir ki, bir səhv edəndə görünür. Amma hücumçu səhv edəndə heç kim görmür. Yusif ötən mövsüm və bu mövsümkü oyunu ilə qapıda dayanmağa layiqdir. Qapıçı mövqeyi çox çətindir. Tibo Kurtua da səhv edir. Bu elə mövqedir ki, mental cəhətdən çox güclü olmaq lazımdır. Səhv etsən belə, əsas olan ona verəcəyin reaksiyadır. 

- Namik Ələsgərovun oyununu necə dəyərləndirirsiniz?

- Namik bu gün çox böyük iş gördü və vacib qol vurdu. Düzgün pressinq etdi və sonda qolunu vura bildi. Amma zədələnməsi bizim üçün üzücüdür.

- "Qarabağ"la çempionluq mübarizəsi aparmaq mümkündür?

- Oynayıb, görəcəyik.

- Çempionlar Liqasında "Qarabağ" uğurlu çıxışını davam etdirir. Sizcə, onlar "Viktoriya" səddini də keçə bilərlər?

- "Viktoriya"nın heç bir oyununu görməmişəm. Ona görə də sadəcə söz xətrinə nəsə demək istəmirəm. Amma "Qarabağ" təcrübəli komandadır. "Ferentsvaroş"la oyunlarda şanslar bərabər idi, amma onlar qollarını vurdular. Bu da onu göstərir ki, "Qarabağ" güclü psixologiyaya sahibdir. Onlar üç mərhələni keçibsə, demək ki, pley-off mərhələsində də şansları var. Proqnoz vermək üçün "Viktoriya"nın oyununa baxmaq lazımdır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI