Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moskva sakinlərinə xəbərdarlıq edildi

12 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın paytaxtı Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi yenidən qüvvəyə minəcək.

Bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi xəbər verib.

Meteorologiya qurumunun avqustun 13-ü saat 12:00-dan avqustun 15-i saat 12:00-dək qüvvədə olan xəbərdarlığında deyilir:

“Bəzi yerlərdə kəskin isti, gündüz 30-32 dərəcə isti olacaq”.

Sonuncu dəfə avqustun 3-dən 7-dək Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi qüvvədə olub.

Moskvanın hava bürosundan bildirilib ki, bu yayın və bütün 2022-ci ilin ən isti günü hələ də iyulun 11-i olaraq qalır - həmin vaxt 32,8 dərəcə temperatur qeydə alınıb.

Mənbə: İnterfaks

Oxşar xəbərlər
OTACI