Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa ölkələrində inflyasiya rekord həddə çatdı

12 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyul ayında Fransa və İspaniyada illik səviyyədə istehlak qiymətləri, demək olar ki, 40 il ərzində rekord səviyyəyə yüksəlib.

Fransada inflyasiya 6,1 faiz, İspaniyada isə 10,8 faiz artıb.

Fransada enerjidaşıyıcılarının qiymətləri il ərzində daha çox bahalaşıb - iyunda 33,1 faizdən sonra 28,5 faiz artıb.

Həmçinin ölkədə mənzillərin qiyməti xeyli artıb (iyulda 4,6 faizə qarşı iyulda 16,4 faiz). Nəqliyyat qiymətləri keçən aydakı 3,4 faizdən 11,7 faizə, ərzaq qiymətləri isə iyunda 5,8 faizdən 6,8 faizə qalxıb. Ölkədə aylıq ifadədə inflyasiya 0,3 faiz təşkil edib.

Eyni zamanda, İspaniyada bahalaşma ən çox enerji qiymətləri (41,4 faiz) və yanacağa (34,3 faiz) təsir edib.

Mənzillər (23 faiz), nəqliyyat (16,2 faiz), ərzaq və alkoqolsuz içkilər (13,5 faiz) də kəskin bahalaşıb. Aylıq əsasda iyulda ölkədə qiymət artımı 0,6 faiz təşkil edib.

Oxşar xəbərlər
OTACI