First slide

Sanitar qovşaqda kişinin yumruqla başından vurub 12 minini ələ keçirən şəxsə neçə il cəza verildi?

11 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda quldurluq edən şəxs məhkəmə qarşısına çıxarılıb.

Press.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Raiq İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri (quldurluq) ilə təqsirli bilinib.

Ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmədə bildirilib ki, hadisə ötən il dekabrın 23-də Nizami rayonunda baş verib.

Belə ki, zərərçəkmiş şəxs Ellər Muradov həyat yoldaşı Rəsmiyyə Muradova (soyadlar şərtidir) ilə birgə bank filialından 12 000 manat pul götürərək küçəyə çıxıblar. Həmin vaxt bankda olan Raiq İsmayılov bunu görüb və həmin pulları ələ keçirmək qərarına gəlib. Küçədə bir qədər getdikdən sonra E.Muradov yaxınlıqda yerləşən ticarət mərkəzindəki sanitar qovşağa daxil olub.

R.İsmayılov onu izləyərək ardınca sanitar qovşağa daxil olub. İçəridə heç kimin olmadığına əmin olduqdan sonra o, Ellər Muradovun daxil olduğu kabinənin qapısını açaraq arxadan yumruqla onun başından beş-altı dəfə zərbə endirib. Zərbələrin gücündən o yıxılıb. Bu zaman R.İsmayılov tez E.Muradovun cibindən sellofana bükülmüş pulları götürüb və ərazidən uzaqlaşıb. 

Zərərçəkmiş şəxs E.Muradov ifadəsində şəkər xəstəsi olduğunu, eyni zamanda ürəyində stent olduğunu deyib:

“Zərbənin təsirindən özümü itirdim, çölə çıxandan sonra gördüm ki, Raiq əynimdə olan gödəkçənin cibindəki sellofana bükülmüş pulu götürüb”.

Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilən Salyan rayon sakini Raiq İsmayılov ifadəsində 30 000 manata qədər borcu olduğunu və cinayəti bu səbəbdən törətdiyini bildirib:

“Həmin gün axşam puldan borclu olduğum tikinti materialları mağazasını işlədən Fəridə 3000 manat, yaşadığım kənddə yem-arpa satan Tarverdiyə 5 000 manat və mətbəədə işləyən Vahidə 2 000 manat verdim və rayona qayıtdım”.

Oxşar xəbərlər
Category news

tr_star

02 Oct 2022

OTACI