Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

2 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi bilindi

11 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İki gün əvvəl Lənkəran rayonunda iki gəncin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.

Press.az “Kriminalqafqaz”ya istinadən xəbər verir ki, hadisə vaxtı Səpnəkəran kənd sakini, 23 yaşlı Əliyev Fariz Ramiz oğlunun idarə etdiyi VAZ-2107 markalı 44-CF-979 dövlət qeydiyyat nişanlı avtomobil digər minik avomobili ilə ötüşüb.

Belə ki, taksi fəaliyyəti göstərən, 1999-cu il təvəllüdlü F.Əliyev digər taksi ilə Lənkəran istiqamətində, yolun Vel kəndindən keçən hissəsində ötüşərkən həmin avtomobil Farizin sürdüyü maşını sıxıb. Bu zaman saatda 130-140 kilometr sürətlə hərəkət edən avtomobillərin bir-birinə yüngül toxunması qəzaya səbəb olub. Nəticədə F.Əliyevin sürdüyü VAZ-2107 idarəetmədən çıxaraq Vel sakinlərindən birinin həyətinin dəmir darvazasına çırpılıb. Nəticədə sürücü və sərnişini Ruslan Hüseynzadə hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişin Tərlan Rəhimov isə xəstəxanaya yerləşdirilib və vəziyyəti olduqca ağır qiymətləndirilir.

Bildirilir ki, qəzada vəfat edən sərnişin Ruslan Hüseynzadə şirkətlərin birində mühafizəçi işləyirmiş.

Hadisə şahidləri bildiriblər ki, qəzadan sonra tamamilə yararsız vəziyyətdə olan avtomobilin spidometri 130-un üstündə dayanıbmış və bu da kəndin daxilində avtomobillərin həddən artıq sürətlə hərəkət etdiyini göstərir.

O da bildirilib ki, qəzadan bir neçə saniyə əvvəl Vel kənd sakini öz evinin həyətinə daxil olub və az sonra avtomobil böyük zərblə onun həyət qapısına çırpılıb.

Qeyd edək ki, hadisə vaxtı F.Əliyevin maşını ilə ötüşən digər avtomobilin sürücüsü müəyyən edilib və həmin avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI