Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakının bu küçəsi təmir edilir

10 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Məhsəti Gəncəvi küçəsinin Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissəsini əsaslı təmir edir.

Press.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmir olunan hissənin uzunluğu 420 metr, eni ortalama 8,5 metr təşkil edir. Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenilənib. Hazırda əraziyə yeni asfalt-beton örtüyü döşənir. Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunacaq.

Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 9 küçə təmir edilir.

Oxşar xəbərlər
OTACI