Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" Çempionlar Liqasının pley-offunda - Yenilənib

09 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Press.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la qarşılaşıb.

Bakıdakı ilk oyunda 1:1 hesabı ilə  heç-heçə edən Ağdam təmsilçisi cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offda  “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

9 avqust

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:00. "Ferentsvaroş" (Macarıstan) - “Qarabağ” (Azərbaycan) - 1:3

Qollar: Abdullah Zubir, 7 (0:1), İbrahima Vadji, 54 (0:2), 78 (0:3), Traore, 86 (1:3)

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Budapeşt. “Ferensvaroş” stadionu

İlk oyun – 1:1

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI