Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

XİN başçısı: "Azərbaycan üçtərəfli bəyanatın dördüncü bəndinin həyata keçirilməsi üçün İSRARLIDIR"

09 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın bəzi maddələri icra olunub”.

Press.az “TRT Haber" istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycanın mövqeyi isə odur ki, bütün maddələr yerinə yetirilsin və selektiv yanaşma olmasın. Ən ciddi məsələ Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasıdır. Bu, həmin üçtərəfli bəyanatın dördüncü bəndi üzrə Ermənistanın öhdəliyidir. Orada göstərilib ki, sülhməramlıların regiona gəlişinə paralel olaraq erməni hərbçiləri ərazini tərk etməlidir. 2020-ci ilin dekabr ayına qədər Ermənistan hərbi birləşmələri Qarabağdan tam çıxmalı idi. Lakin bu, indiyədək tam başa çatdırılmayıb. Azərbaycan bu maddənin icrasında israrlıdır. Və biz bunu Ermənistandan tələb edirik”, - o bildirib.

Oxşar xəbərlər
OTACI