Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Amazon”un saytının keçmiş baş direktoru vəfat edib - FOTO

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amazon.com-un keçmiş baş direktoru və investor Tom Alberg 82 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmasa da, Albergin bir il əvvəl insult keçirdiyi məlumdur.

Press.az xəbər verir ki, “Amazon”un rəhbəri Ceff Bezos bununla bağlı öz sosial şəbəkə hesabından başsağlığı verib.

“O, uzaqgörən və çox yaxşı insan idi. Tom, nə yaxşı ki, yanımda idin”, - deyə “Amazon”un qurucusu bildirib.

Qeyd edək ki, Alberg 1990-cı illərin ortalarında “Amazon”un qurucusuna elektron ticarət saytı üçün vəsait toplamaqda kömək edib. O, həmçinin potensial sponsorlara yeni yaranan internetin perspektivlərini izah etməli olub. Bir il ərzində Bezos və Alberg 22 nəfərdən bir milyon dollar toplaya biliblər.

Bezos 1994-cü ilin iyulunda öz şirkətini qurdu, 1995-ci ilin iyulunda isə Amazon.com saytını işə saldı. İşə kitab satışı ilə başlayan sayt ilk bir neçə həftədə 6 000-10 000 dollar satış edib, sentyabrın sonunda isə şirkət həftədə 20 000 dollar qazanmağa başlayıb.

Alberg 1996-cı ilin iyunundan 2019-cu ilin mayına qədər Amazon.com-un direktoru vəzifəsində çalışıb.

Oxşar xəbərlər
OTACI