Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əfqanıstan paytaxtında mobil rabitə dayandırılıb - VİDEO

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kabil şəhərinin bir çox bölgələrində telekommunikasiya xidmətləri dayanıb və mobil telefonlar işləmədiyi üçün ictimai etirazlara səbəb olub.

Press.az xəbər verir ki, Əfqanıstan Telekommunikasiya Tənzimləyici Təşkilatı (ATRA) qərarın şəhərdə təhlükəsizliyi təmin etmək məqsədilə verildiyini bildirib.

Sakinlərin dediyinə görə, son iki gün ərzində Kabil şəhərinin bir çox yerlərində telekommunikasiya xidmətləri dayandırılıb, onlar ailə üzvləri və dostları ilə harada olduqlarını öyrənmək üçün əlaqə saxlamağa çalışarkən çətinlik çəkdiklərini bildiriblər.

Əfqanıstan Telekommunikasiya Tənzimləyici Təşkilatı (ATRA) qərarın şəhərdə lazımi təhlükəsizliyi təmin etmək üçün verildiyini bildirib.

“Bir çox İslam ölkələrində olduğu kimi, bu gün də şiə vətəndaşlarımız tərəfindən xüsusi mərasimlərlə qeyd olunur. Müvafiq təhlükəsizliyi təmin etmək üçün ATRA və Telekommunikasiya Nazirliyi telekommunikasiya şirkətlərinə telekommunikasiya xidmətlərini dayandırmağı əmr edib”, - ATRA-nın rəhbəri Əli Şuhab bildirib.

 

Oxşar xəbərlər
OTACI