Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Diqqət çatışmazlığı və hiperaktivlik nədir?

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İnsanda yaşına uyğun olmayan ifrat hərəkətlilik, istəklərinə hakim ola bilməmək və diqqət problemini özündə göstərən psixoloji gərginlikdir.

Bu problem daha çox uşaq və yeniyetmələrdə müşahidə olunur. Uşaq və yeniyetmələrdə müşahidə olunan DÇHP hallarının aşağıdakı şəkildə göstərmək olar:

1) Çox danışan olurlar.

2) Boy və çəki yaşına görə az olur.

3) Xırdaçı və həssas olurlar.

4) Mərkəzi sinir sistemi az inkişaf edir.

Hər bir uşağa bu diaqnozu qoymaq düzgün deyil. Ən azından 7 xüsusiyyət müşahidə olunmalıdı.

1) Ev tapşırıqları, oyunlar və digər fəaliyyətlərində ən elementar səhvlərə yol verirlər.

2) Onunla ünsiyyət qurulan zaman sanki qulaq asmır.

3) Komandalara əməl etməyi sevmir.

4) Məsuliyyətlərini yerinə yetirməkdə çətinlik çəkir.

5) Zehni fəaliyyət tələb edən işlərdən qaçırlar.

6) Diqqət dağınıq olur.

7) Yaddaşları zəif olur. 

Bəs yaranma səbəbləri nədir?

İrsi və fizioloji olaraq olur. Hətta valideynlərin davranışı da uşağa təsir edir. Bəzən qeyd olunur ki, ananın hamilə vaxtı yaşadığı gərginlik, ailə içi problemlər, spritli və narkotik maddələrdən istifadə gələcək də uşaqda DÇHP yol aça bilər.

Bu uşaqlarda davranış xüsusiyyətləri hansılardır?

1) Həddindən artıq hərəkətlidirlər.

2) Sinifdə bir yerdə oturmurlar.

3) Qərar verməkdə çətinlik çəkirlər.

4) Nizam-intizamsız olduqları üçün əşyalarını tez-tez itirirlər.

Sosial sferada:

1) Dostluq qurmaqda çətinlik çəkirlər.

2) Qaydalara tabe olmaqda çətinlik çəkirlər.

3) Diqqətlərini bir yerə cəmləməkdə çətinlik çəkirlər.

Fiziki:

1) Sümük inkişafı geri qala bilir.

2) Sidik saxlamada çətinlik ola bilər.

3) Yuxu problem ola bilər.

Zəka:

1) Zəka normal olmasına baxmayaraq, ümumi göstərici aşağı olur.

2) Diqqətləri qısa olur.

3) Zehni fəaliyyətdən qaçırlar. Məcbur edilən zaman isə böyük problem yaradırlar.

4) İşləri plansız və nizamsız olur 

5) Ümumi düşüncələri inkişaf etmir.

Psixoloq Haqverdiyeva Zümrüd

Special Kids 

Oxşar xəbərlər
OTACI