Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin turizm şəhərləri ilə bağlı XƏBƏRDARLIQ - FOTO

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Meteorologiya İdarəsi İzmir və Antalya daxil olmaqla 11 şəhər üçün “sarı” xəbərdarlıq edib.

Press.az xəbər verir ki, bunlar Afyonkarahisar, Antalya, Aydın, Burdur, Denizli, İsparta, İzmir, Kütahya, Manisa, Muğla və Uşakdır.

Səlahiyyətlilər sel, daşqın, şimşək çaxması və nəqliyyatın işinin dayanması kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq barədə xəbərdarlıq ediblər.

Proqnoza görə, bu gün günorta saatlarından etibarən Daxili Egey və Qərbi Aralıq dənizinin daxili seqmentlərində güclü leysan xarakterli yağış gözlənilir.

Türkiyənin turizm şəhərləri ilə bağlı XƏBƏRDARLIQ - FOTOTürkiyənin turizm şəhərləri ilə bağlı XƏBƏRDARLIQ - FOTO

Oxşar xəbərlər
OTACI