Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Ermənistanla İran arasında dövlət sərhədində nəzarəti gücləndirir.

Press.az xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi təsdiqləyib.

Bildirilib ki, 8-9 ay əvvəl Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqə quraşdırılıb.

Məlumata görə, Rusiya hərbi hissəsi həmin ərazidə 67 ildir xidmət edir. Ancaq indiyədək Ermənistan-İran sərhədində belə məntəqə olmayıb.

Qeyd edilib ki, bu, İrandan Ermənistana narkotik və psixotrop maddələrin qanunsuz ötürülməsi hallarının artması fonunda baş verib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi Ermənistan-İran, Ermənistan-Türkiyə dövlət sərhədini, Ermənistan Daxili Qoşunları Azərbaycanla sərhədi, Ermənistan Milli Təhlükəsizlik Xidməti isə Gürcüstanla sərhədi mühafizə edir.

Oxşar xəbərlər
OTACI