Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan Qarabağa görə Putinə ZƏNG ETDİ

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Press.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub.

Tərəflər Qarabağdakı vəziyyəti, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Putinlə Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər
OTACI