Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiyada aparılır - Çavuşoğlu

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanla qardaşlıq bağlarımız müstəsna rol oynayır".

Press.az xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, 2020-ci ildə Türk xalqı Azərbaycana dəstək olib.

“Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdıq. Türk dövlətlərinin 30 illik müstəqilliyi dövründə ən vacib hadisə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağ zəfəridir. Bu zəfərdən sonra Türk dünyasının özünə güvəni daha da artıb", - deyə Türkiyə XİN başçısı bildirib.

O əlavə edib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiya şəklində davam edir. Nazir əlavə edib ki, normallaşma prosesi sadəcə sözlərdə deyil, həm də əməldə inkişaf etməlidir.

Oxşar xəbərlər
OTACI