Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çavuşoğlu: “Avropanın Türkiyəyə ehtiyacı var”

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tarixin gedişi Türkiyənin dostluğunu öyrətdi”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrdəki səfirlərinin 13-cü konfransında çıxışı zamanı deyib.

“Əgər biz təkbaşına əldə etdiyimizi Avropa İttifaqı (Aİ) ilə etsəydik, Aİ bütün dünyada qlobal bir aktyor olardı.

Ukrayna böhranı Türkiyənin dəyərini bir daha ortaya qoydu.

Türkiyə hər böhranda yanınızda olmaq istədiyiniz ölkədir. Türkiyə təbii və güclü tərəfdaşdır”, - deyə o bildirib.

“Biz Avropa İttifaqının konkret addımlar atmasını gözləyirik. Türkiyənin necə əvəzedilməz bir ölkə olduğunu yaratdığımız bir proqramla yenidən izah edəcəyik. Türkiyə Avropadır və Avropanın Türkiyəyə ehtiyacı var. Avropanın təhlükəsizliyinin Türkiyəyə ehtiyacı var. 360 dərəcə baxışla ətrafımızdakı hər bölgədə davamlı sülhün dili ilə davam etmək istəyirik”, -  deyə Çavuşoğlu qeyd edib.//oxu.az

Oxşar xəbərlər
OTACI