Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"3 xal qazanmaq bizim üçün vacib idi" - Laurentsiu Regekampf

07 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Üç xal qazandığımız üçün çox sevinirəm. Bizim üçün bir az çətin dövrdür. Bu gün daha çox ikinci heyət üzvlərinə üstünlük verdim. Onlar da təcrübə qazanmalıdırlar. Əsas düşüncəmiz UEFA Konfrans Liqasında pley-offa adlamaqdır".

Press.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Şamaxıda eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, meydança süni örtüklü olduğundan futbolçulara görə narahatlıq keçirib: "Qorxurdum ki, zədələnərlər. Nə qədər üzücü olsa da, qapıçımızı itirdik. Ümidvaram ki, Aqil Məmmədov tezliklə komandaya qoşulacaq. Hazırda əlimizdə 2 qapıçı qalıb. Rza Cəfərov da milli komandadır".

O, qələbə münasibətilə komandasını təbrik edib: "Bugünkü oyun Avstriyada "Rapid"ə qarşı keçirəcəyimiz matçla bağlı planın bir hissəsi idi. 3 xal qazanmaq bizim üçün vacib idi. Bu gün gənclərdən yalnız müsbət siqnallar aldım. Fasilədə onlara bildirdim ki, özlərinə daha çox inanmalı, daha təhlükəli və hücumameylli olmalıdırlar. Çoxu gənc oyunçudur. Bəziləri ilk dəfə birlikdə çıxış edirə Çox aqressiv idik. Rəqibə yaxın oynamağa və itirdiyimiz topları geri almağa çalışırdıq. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacaqlar".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI