Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Buna ehtiyac yoxdur” - Putindən Makrona “soyuq duş”

07 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kremldən dünən verilən açıqlamada Fransanın “qeyri-dost ölkə” olduğu bildirilib.

Press.az teleqraf.com-a istinadən xəbər verir ki, açıqlamada bu səbəbdən Fransa ilə danışıqlara ehtiyacın olmadığı, Rusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron arasında iki aydır telefon danışığı aparılmadığı deyilib.

AFP-nin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov ilin əvvəlində bir neçə dəfə görüşən Putin və Makron arasında son vaxtlar telefon danışıqlarının olmaması ilə bağlı sual cavab olaraq belə deyib:

“Ölkəmizə qarşı qəbul etdiyi qərarlara görə, Fransa dost olmayan ölkədir. Tərəflər görüş üçün münasib vaxtın çatmadığını və bunun hələlik lazım olmadığını düşündükləri üçün telefonla danışmırlar. Lazım gələrsə görüşəcəklər”.

Putin və Makron arasında son görüş mayın 28-də Almaniya Kansleri Olaf Şolzun iştirakı ilə Rusiya ordusu tərəfindən əsir götürülən ukraynalı hərbçilərin təslim edilməsi ilə bağlı telefon danışığı olub.

Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə gərginlik pik həddə çatdıqdan sonra iki lider həmin ayda beş dəfə olmaqla mart və mayda telefon danışığı aparıblar.

Bundan başqa, Makron Putinlə görüşmək üçün fevralın 7-də Moskvaya səfər edib.

Makron Rusiyanın Ukraynaya hücumlarını dayandıra bilməsə də, rusiyalı həmkarı ilə tez-tez təmasda olduğu üçün tənqidə tuş gəlirdi.

Rusiya Ukraynaya hücum etdikdən sonra Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara görə Fransa da daxil bir çox ölkələri “dost olmayan ölkələr” kimi təsnif edir.

Rusiya ABŞ, Avstraliya, Kanada, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Norveç, Tayvan və bəzi Avropa Birliyi üzvlərinin də daxil olduğu “dost olmayan ölkələr” siyahısını tez-tez genişləndirir.

Oxşar xəbərlər
OTACI