Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə millisinin üzvü Fransa klubundan ayrılır

07 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Olimpik" (Marsel) futbolçusu Cengiz Ünderlə yollarını ayırmağa hazırlaşır.

Press.az xəbər verir ki,  Marsel təmsilçisi yaxşı təklif gələcəyi təqdirdə türkiyəli oyunçunun gedişinə icazə verəcək. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Xatırladaq ki, 25 yaşlı futbolçu ilə klubun baş məşqçisi İqor Tudor arasında münasibətlər korlanıb. Çalışdırıcı Türkiyə millisinin üzvünü əsas heyətdə oynatmaq fikrində deyil. Bu səbəbdən tərəflər arasında vəziyyət gərginləşib.

Cengiz Ünder 2021-ci ilin yayından çıxış etdiyi Liqa 1 təmsilçisində geridə qalan mövsüm bütün turnirlərdə 47 oyunda meydanda olub, 13 qol və 5 asisstlə yadda qalıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI