Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Laçından son xəbər: ermənilər evləri yandırmağa hazırlaşır

07 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Laçında qanunsuz məskunlaşan ermənilər hələ də şəhəri tərk etməyiblər.

Press.az musavat.com-a istinadla bildirir ki, bu barədə özünü Laçımın “icma rəhbəri” adlandıran Narek Aleksanyan Ermənistan mediasına müsahibəsində deyib. O deyib ki, “sakinlər” Qarabağın başqa hissəsində, yoxsa Ermənistanda yaşayacaqlarına özləri qərar verəcəklər. Onun sözlərinə görə, şəhərdəki xaçkarlar, qəbirlər köçürüləcək. Aleksanyan ermənilərin şəhəri tərk edərkən evləri yandıracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. “Bunun necə olacağını bilmirəm, amma bunun yaxşı olduğunu düşünmürəm. Sakinlərlə müzakirə zamanı belə bir söhbət oldu, amma söhbət emosiyalardan gedir, həqiqətən bunu edəcəklərmi, bilmirəm”-o, deyərək, əslində hiyləgər münasibətini açıqlayıb.

Aleksanyan qeyd edib ki, “nazir” Hayk Xanumyan da evlərin yandırılmasının əleyhinədir, o, bunun mənasını görmür.

Erməni mediası xatırladıb ki, “sakinlər” şəhəri tərk etməlidirlər. Dünən özünü qondarma “Artsaxın iqtisadi və texnoloji inkişaf naziri” adlandıran Hayk Xanumyan da bu barədə bildirib.

Oxşar xəbərlər
OTACI