Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Açıq mikrofon" bu şəhər və rayonlarda qurulacaq - FOTO

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Növbəti həftə (08-12.08.2022 tarixləri) daha 1 şəhər və 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Press.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 14:00-da Füzuli rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 14:00-da Beyləqan rayonunda (Gənclər Mərkəzinin yanı), 3-cü günü saat 11:00-da Bərdə rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 14:00-da Mingəçevir şəhərində (Gənclər Mərkəzinin yanı), 5-ci günü saat 14:00-da isə Zərdab rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Oxşar xəbərlər
OTACI