Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda yaşayış evi yandı - FOTO

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oğuzda fərdi yaşayış evi yanıb.

Press.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Mollalı kəndində, kənd sakini, 1988-ci il təvəllüdlü Nazim Yaqub oğlu Məmmədova məxsus ümumi sahəsi 100 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Hadisə nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI