Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan cüdoçuları dünya çempionatına Polşada hazırlaşır

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cüdo üzrə Azərbaycan milli komandası Polşanın Zakopane şəhərində beynəlxalq təlim-məşq toplanışına başlayıb.

Federasiyanın mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, avqustun 17-dək davam edəcək hazırlıq prosesinə 14 cüdoçu qatılıb.

Onlar millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizov, fiziki hazırlıq üzrə məşqçi Həsrət Məhəmmədovun rəhbərliyi altında hazırlıq keçirlər.

Toplanışı 6 - 12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI