Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstandan Azərbaycana tam DƏSTƏK

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Press.az xəbər verir ki, bu barədə Gürcüstanın "aktual.ge" nəşri məlumat yayıb.

Darçiaşvili söhbət zamanı Londondakı təxribatla bağlı ölkəsinin Azərbaycana tam dəstəyini ifadə edib.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.

Oxşar xəbərlər
OTACI