First slide

“Ermənistanın şərtləri dərhal yerinə yetirməsi çox vacibdir” - Ərdoğan

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın üçtərəfli bəyanatın şərtlərini dərhal yerinə yetirməsi çox vacibdir.

Press.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

“İlk növbədə, azərbaycanlı hərbçinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşən Azərbaycan torpağıdır. Təbii ki, Azərbaycan öz torpaqlarına heç bir qanunsuz silahlı ünsürləri olmasını istəmir. Üçtərəfli bəyanatın qəbulundan təxminən iki il vaxt keçib. Ermənistanın buradakı şərtləri dərhal yerinə yetirməsi çox vacibdir”, - Ərdoğan qeyd edib.

Oxşar xəbərlər
OTACI