First slide

Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Press.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 41 900 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya ordusunun digər döyüş itkiləri 1 802 tank, 4 051 zirehli döyüş maşını, 955 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 127 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 744 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 970 avtomobil texnikası və avtosistern, 85 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər
OTACI