Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid olan hərbi qulluqçumuz Naxçıvanda dəfn edildi - YENİLƏNDİ + FOTO/VİDEO

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kəlbəcər rayonunda minaya düşərək şəhid olan hərbi qulluqçumuz Əliyev Babək Əsgər oğlu dəfn edilib.

Press.az Oxu.Az-a istinadən xəbər verir ki, şəhid Culfa rayonunun Ləkətağ kəndində torpağa tapşırılıb.

15:37

Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevlə vida mərasimi keçirilir.

Press.az Oxu.Az-a istinadən xəbər verir ki, mərasim şəhidin Culfa rayonu Ləkətağ kəndində ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

Oxşar xəbərlər
OTACI