First slide

Pentaqon nüvə silahı ilə bağlı yekun mövqeyini açıqladı

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pentaqon dünyada bütün nüvə silahlarının tamamilə məhv edilməsinin tərəfdarı olduğunu bildirib. Lakin eyni zamanda buna mane olan amillərin olduğunu da etiraf edib.

Bunu BMT-də çıxışı zamanı ABŞ müdafiə nazirinin müavini Kolin Hal deyib.

Onun sözlərinə görə, təhlükəsizliklə bağlı vəziyyət nüvə silahının yayılmaması müqaviləsinin reallaşdırılmasına mane olur.

“Təhlükəsizliklə bağlı mövcud çətinliklərə baxmayaraq, ABŞ nüvə risklərini azaltmaq üçün nüvə silahına malik digər dövlətlərlə əlaqə saxlamağa davam edəcək”, - deyə o bildirib.

Kolin Hal qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və Moskvadan gələn nüvə təhdidləri nüvə tərk-silahına mane olur.

O qeyd edib ki, nüvə silahının yayılmaması məsələsinə Çin tərəfindən nüvə silahlarının modernləşdirilməsi və genişləndirilməsi, İranın nüvə silahı hazırlaması və Şimali Koreyanın yeni nüvə sınağı da mane olur.///oxu.az

Oxşar xəbərlər
OTACI