Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kəlbəcərdə şəhid olan əsgərimizin nəşi ailəsinə təhvil verilib

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kəlbəcər rayonunda minaya düşərək şəhid olan əsgərimiz Əliyev Babək Əsgər oğlunun nəşi ailəsinə təhvil verilib. 

Press.az oxu.az-a istinadla xəbər verir ki, şəhidlə vida mərasimi Naxçıvan Muxtar Respublikasının Ləkətağ kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhidin cənazəsi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Oxşar xəbərlər
OTACI