First slide

Çerçesov: “Qarabağ” boşluqlardan ildırım sürəti ilə yararlanır”

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakıdakı oyundan dərhal sonra Budapeştə qayıtdıq, səhər saatlarında çatdıq. Cümə axşamını bərpa etməklə keçirdik. Ertəsi gündən etibarən tam sürətlə məşqimizi edirik”.

Sport24.az xəbər verir ki, bunu “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Ferensvaroş”un baş məşqçisi Stanislav Çerçesov deyib.

Macarıstan klubunun rəsmi saytına açıqlama verən rusiyalı mütəxəssis cavab görüşü üçün iddialı danışıb. Onun fikrincə, ilk matçın nəticəsi pis deyil:

“1:1 hesabı o deməkdir ki, irəliləmək üçün yaxşı şansımız var və bunu etmək istəyirik. Rəqib qapısı qarşısında daha qətiyyətli və dəqiq olmalıyıq. Hər halda, müdafiədə səhv etmək olmaz. Çünki Bakıdakı matçda gördük ki, “Qarabağ” təhlükəli hücumlar edir və boşluqlardan ildırım sürəti ilə yararlanır”.

Çerçesov vurğulayıb ki, cavab görüşünə mümkün qədər yaxşı hazırlaşmaq üçün əllərindən gələni edəcəklər:

“Qroupama Arena”da dolu tribunalar önündə, fantastik azarkeşlərimizin köməyi ilə növbəti mərhələyə adlamaq üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, avqustun 9-da keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Oxşar xəbərlər
OTACI