Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhidimiz Ağstafada dəfn olundu - YENİLƏNİB + FOTO

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçumuz Əliyev Tahir Çingiz oğlu dəfn edilib.

Oxu.Az xəbər verir ki, o Yenigün kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-cü il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.

“Report” Qərb bürosunun məlumatına görə, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Oxşar xəbərlər
OTACI