Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bekhem ailəsində qaynana-gəlin davası - FOTO

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Britaniyalı dizayner və müğənni Viktoriya Bekhemin yeni gəlini Nikola Peltzlə münasibətləri soyuq müharibəyə bənzəyir.

Bu barədə “Page Six” ailəyə yaxın mənbəyə istinadla xəbər verib.

Nəşrin yazdığına görə, Viktoriya ilə gəlini arasındakı problemlər 2022-ci ilin aprelində baş tutan toydan əvvəl başlayıb: Belə ki, Bruklin Bekhemlə evlənən Peltz gələcək qayınananın tədbirin planlaşdırılmasında iştirakını istəməyib. Həmçinin onunla ünsiyyəti minimum səviyyədə saxlamaqla Viktoriyanı görülən işlər haqqında məlumatlandırmayıb.

“Onlar bir-birlərinə nifrət edirlər və danışmırlar. Toy üçün hazırlıqlar dəhşətli idi”, - deyə Bekhem ailəsinə yaxın mənbə nəşrə bildirib.

İnsayder əlavə edib ki, Viktoriya yeni ailə üzvü ilə çətinliklə qəbul edə bilib. Britaniyanın “Tatler” jurnalının üz qabığında Peltzin “Yeni missis Bekhem” adlandırılması ilə vəziyyət daha da gərginləşib.

O da bildirilir ki, hazırda Mayamidə yaşayan yeni evlilər Devid və Viktoriya Bekhem ailəsi ilə demək olar ki, ünsiyyət qurmurlar.///oxu.az

Oxşar xəbərlər
OTACI