Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaqatalada beş yaşlı uşaq qaynar suda yandı

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatalada beş yaşlı uşaq qaynar su olan qaba yıxılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Muxax kənd sakini 2017-ci il təvəllüdlü Xanım Bayram qızı Dəmirova bədənin çoxsaylı yanıq xəsarətləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 5 yaşlı Xanım Dəmirovanın yaşadığı ünvanda qaynar su olan qabın içinə yıxıldığı məlum olub.

Xanım Dəmirovaya 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.

Xanım Dəmirovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI